"River Pleyt"in üzvü Paolo Diaz karyerasını Avropada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, çilili müdafiəçi ilə "Beşiktaş" yaxından maraqlanır. Türkiyə təmsilçisi Argentina klubuna 5 milyon avro ödəməyə hazırdır.
Çili millisinin üzvünün komandası ilə 2026-cı ilə qədər müqaviləsi var.
Qeyd edək ki, Paolo Diaz yığmanın heyətində 51 matçda meydana çıxıb.