Həmyerlimiz Nurlan Novruzovun çıxış etdiyi Nepalın "Maçhindra" klubu Asiya kubokunun qrup mərhələsinə vəsiqə qazana bilməyib.

Offsideplus.az xəbər verir ki, Katmandu təmsilçisi pley-off-da Şri-Lankanın “Blue Star” klubu ilə qarşılaşıb.

Novruzovun komandası rəqibinə 1:2 hesabı ilə uduzub. Start heyətində meydana çıxan futbolçu 90 dəqiqə mübarizə aparıb.