Yerli mediada olan xəbərə görə, Türkiyə 2-ci Liqasında "Keçiörəngücü" ( Ankara ) forması geyinən Vüsal İsgəndərli komandadan ayrılamağa hazırlaşır.
Belə ki, 26 yaşlı yarımmüdafiəçiyə Türkiyə və digər ölkələrdən təkliflər var.
Məsələni aydınlaşdırmaq üçün futbolçunun özü ilə əlaqə saxladıq.
İsgəndərli Offsideplus.az-a açıqlamasında bunları dedi:
"Təkliflər olduğu üçün getməyə qərar verdim. Həm də yüngül zədəm var idi, sağaltmaq istəyirdim. Qışda təkliflər olmuşdu, lakin prezident getməyim üçün məndən çox pul istədi. Buna görə də transfer baş tutmadı. İndi isə yayda komandadan ayrılmaq imkanım olduğuna görə, bir aylıq maaşımı klubdan almayacam və sənəd işlərimi həll edəcəm".
Cavid Əliyev