Yerli mediada olan xəbərə görə, "Neftçi" sabiq futbolçusu və hazırda Yunanıstanın "Olimpiakos" klubunda çıxış edən Mamadu Kanenini yenidən heyətinə cəlb etmək istəyir. Buna səbəb Pire təmsilçisinin qvineyalı oyunçunun xidmətindən narazı olmasıdır.

 Məsələni dəqiqləşdirmək üçün "ağ-qaralar"ın Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm  Allahverdiyevlə əlaqə saxladıq.

Klub rəsmisi Offsideplus.az-a açıqlamasında bunları dedi: "Hazırda Kane mövzusu gündəmimizdə deyil".

Qeyd edək ki, Kane 2019/2022-ci illər aralığında paytaxt klubunda çıxış edib.

Cavid Əliyev