DÇ-2022-nin pley-off oyununda Türkiyə yığması ilə qarşılaşacaq Portuqaliyanın heyətində daha bir dəyişiklik edilib.

 Offsideplus.az xəbər verir ki, koronavirusa yoluxduğuna görə heyətdən kənarlaşdırılan Pepenin ardınca qapıçı Antoni Lopes də "ay-ulduzlular"la keçiriləcək matçda iştirak etməyəcək.

Prineylilərin baş məşqçisi Fernandu Santuş səhhətində narahatlıq yaranan futbolçunu Joze Sa ilə əvəzləyib.

Qeyd edək ki, Portuqaliya - Türkiyə qarşılaşması martın 24-də keçiriləcək.