Futbol üzrə Türkiyə 1-ci Liqasında 26-cı turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, həmyerlimiz Vüsal İsgəndərlinin çıxış etdiyi "Keçiörengücü" "Kocaelispor"un qonağı olub və 0:1 hesabıyla məğlub olub.

İsgəndərli görüşə ehtiyat oyunçular skamyasında başlayıb və 46-cı dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, "Keçiörengücü" 34 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.