Ukraynalı boks üzrə sabiq dünya çempionları Sergey Dzinziruk və Andrey Kotelnik Rusiyaya qarşı münaqişədə ölkəsinin ordusuna qoşulub müdafiəsinə qalxıb.

Offsideplus.az xəbər verir ki, hər iki idmançı bu barədə "instaqram"  hesablarında paylaşım ediblər.

Bildirək ki, Andrey Kotelnik 2000-ci il Sidneydə keçirilən  Yay Olimpiya Oyunlarında gümüş medal əldə edib.