"Fənərbağça" klubunun sabiq baş məşqçisi Vitor Pereyranın yeni klubu bəlli olub.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Braziliyanın "Korintians" komandasının baş məşqçisi olub. Onunla 2022-ci ilin dekabrına kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Pereyra ötən ilin dekabrında İstanbul təmsilçisindən ayrılıb.