Polşa "Legiya"sında Mahir Emreli ilə birlikdə azarkeşlərin hücumuna məruz qalmış Lukinyas da komandadan ayrılıb.

Offsideplus.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ABŞ-ın "Nyu-York Red Bulls" klubuna keçib.

Xatırladaq ki, ötən ilin dekabrında Polşa çempionatının 28-ci turunda Plotsk "Visla"sına məğlubiyyətdən sonra azarkeşlər komandanın avtobusuna girərək Mahir Emreli və Lukinyası döyüblər. Bundan sonra millimizin hücumçusu "Legiya"dan ayrılaraq Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna keçib.