Polşa "Legiya"sı bu gün ölkə çempionatının  20-ci turu çərçivəsində "Zaqlebie"(Lubin) komandasının qonağı olacaq.

Varşava təmsilçisinin yeni transferi Ramil Mustafayev isə bu matçda iştirak etməyəcək. Bu barədə Offsideplus.az-a 19 yaşlı müdafiəçinin özü məlumat verib.

Dağıstanda doğulan Azərbaycan əsilli futbolçu səbəbi açıqlamaq istəməyib.

Qeyd edək ki, "Legiya" Jeşuv "Stal"ından transfer etdiyi Ramil Mustafayevlə 2025-ci il iyunun 30-dək müqavilə imzalayıb. O, yeni komandasında 32 nömrəli forma ilə çıxış edəcək.

Onu da bildirək ki, "Zaqlebie" - "Legiya" matçı Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Daşqın Əziz