Millimizin və Polşa "Legiya"sının futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasına keçməyə yaxındır.

Offsideplus.az xəbər verir ki, xəbər verir ki, adıçəkilən klub 24 yaşlı hücumçunun transferini sutka ərzində açıqlayacaq.

Bu barədə informasiyanı Polşanın "sport.tvp.pl" saytı yayıb.

Xatırladaq ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli Polşa Ekstraklasasında Plotsk "Visla"sıyla oyundan (1:0) sonra azarkeşlərin hücumu nəticəsində xəsarət və psixoloji zərbə aldığını əsas gətirərək komandanın təlim-məşq toplanışına qatılmayıb.