"Legiya"(Polşa) klubunun keçmiş baş məşqçisi Çeslav Mixneviçin 2021-ci ilin oktyabrında istefa verməmişdən öncə komandanın futbolçuları ilə keçirdiyi son iclasının görüntüləri üzə çıxıb.
Offsideplus.az xəbər verir ki, Mixneviç həmin ərəfədə yatıb qaldığı üçün məşqə gecikən azərbaycanlı hücumçu Mahir Emrelini sərt tənqid edib:
“Yatıb qaldığı üçün məşqə gecikən oyunçuya etibar etmək olarmı? “Lex”lə oyunumuza iki gün qalmış gəlib çıxan oyunçumuzu oturub gözləyirik. Gecə nə vaxt yatmaq lazımdır ki, ertəsi gün saat 11:00-dək oyana bilməyəsən? Saat 22:00-da yatağa girdikdə 14 saat yatmaq olarmı? Bu, mümkün deyil".
Xatırladaq ki, bu mövsümün əvvəlindən “Legiya”da çıxış edən Mahir Emreli ötən ilin sonlarında azarkeşlərlə məlum qalmaqaldan sonra Varşava təmsilçisində qalmaq istəmir.