“Legiya” klubunun baş məşqçisi Aleksandr Vukoviç növbəti dəfə yığmamızın üzvü Mahir Emreli haqda danışıb.
Offsideplus.az xəbər verir ki, mütəxəssis Mahirin bir daha “Legiya”nın oyunçusu olduğunu xatırladıb:
“ Mahir Emreli hələ də bizim oyunçumuzdur və müqaviləmiz olan futbolçular siyahısındadır. Başa düşməlisiniz ki, belə vəziyyətdə çox oyunçu cəlb etmək asan deyil. Amma heyətimizə baxanda panikaya düşmürəm. Pekhart, Lopes, Vłodarçik və Rosołek “Legiya” üçün çox vacib oyunçulardır. Əmrəlinin yerinə başqa hücumçumuz olmadığından şikayət etmək istəmirəm”.
Xatırladaq ki, Mahir Emreli “Legiya”nın təlim-məşq toplanışına qoşulmayıb.