Ölkəmizdə "Səbail", "Sabah" və "Keşlə"də çıxış etmiş futbolçu Yevgeni Koçuk Ermənistan klubuyla anlaşıb.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı moldovalı orta sahə oyunçusu "Pünik"ə keçib. Bu barədə klubun rəsmi saytı məlumat verib. Lakin onunla bağlanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Koçuk 2018/2021-ci illər aralığında ölkəmizdə top qovub.