Münxenqladbax "Borussiya"sının futbolçusu Hannes Volf "Suonsi Siti"yə keçib.

 Offsideplus.az İngiltərə klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı avstriyalı oyunçu bu mövsümün sonuna qədər icarə əsasında Çempionşip təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Volf bu mövsüm Bundesliqada 7 matçda meydana çıxmışdı.