Avropa çempionatının final mərhələsində iştirak edəcək Azərbaycan millisinin Bakıdakı təlim-məşq toplanışı yekunlaşıb.

Offsideplus.az xəbər verir ki, bu gün Bakı-İstanbul-Brüssel hava reysi ilə səfərə çıxan millimiz yanvarın 17-də Borgloon şəhərində Belçika yığması ilə keçiriləcək yoldaşlıq oyununa avtobusla yollanacaq. Yoldaşlıq matçı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Baş məşqçi Joze Alesio Da Silva heyətə bu futzalçıları dəvət edib:

 

Ad və Soyad

Klub

1

Rövşən Hüseynli

Araz-Naxçıvan

2

Ramiz Çovdarov

Araz-Naxçıvan

3

İsa Atayev

Araz-Naxçıvan

4

Xətai Bağırov

Araz-Naxçıvan

5

Rizvan Fərzəliyev

Araz-Naxçıvan

6

Emanoel Joao Rodrigues "Maneka"

Araz-Naxçıvan

7

Oliveira Villiams “Vassoura”

Sporting Paris (Fransa)

8

Everton Cardoso “Qalo”

Levante U.D. (İspaniya)

9

Emin Kürdov

EKOL

10

Cohnatas Felipe “Felipinyo”

Araz-Naxçıvan

11

Eduardo Borges

Halle-Gooik (Belçika)

12

Rafael Vilela

Palma Futsal (İspaniya)

13

Fineo De Araujo

Sporting Paris (Fransa)

14

Thiago Teles Martins “Bolinha”

ACCS FUTSAL( Fransa)