"Neftçi" ilə yollarını ayıran Sabir Buqrin Tunisin "Esperanse" klubuna keçib.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi 25 yaşlı mərakeşli yarımmüdafiəçini sosial şəbəkə hesabı vasitəsilə təqdim edib.
Buqrinlə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Buqrin 2020-ci ildən "ağ-qaralar"da çıxış edirdi.