"Sampdoriya" qışda heyətinə yeni futbolçu qatmağı planlayır.

Offsideplus.az xəbər verir ki, A Seriyası təmsilçisi "Beşiktaş"ın 18 yaşlı müdafiəçisi Sərdar Saatçını transfer etmək niyyətindədir.

Gənc futbolçunun "qara qartallar"la sözləşməsi 2023-cü ildə bitir.

Qeyd edək ki, Sərdar 2020-ci ildən 'Beşiktaş"ın əsas komandasında çıxış edir.