"Barselona"nın  müdafiəçisi Samuel Umtiti karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

 Offsideplus.az xəbər verir ki, 28 yaşlı futbolçu ilə "Nyukasl" yaxından maraqlanır. 

Ada təmsilçisi Umtiti üçün Kataloniya klubuna 20 milyon avro ödəməyə hazırdı.

Qeyd edək ki, Umtiti bu mövsüm "Barsa"yla heç bir oyunda meydana çıxmayıb.