İsveçrənin “Lütsern” klubu alman futbolçusu Holger Badştuberlə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.  

Qeyd edək ki, Badştuber 2021-ci ilin yayından “Lütsern”də çıxış edirdi. O, daha əvvəl Almaniyanın “Bayern” və “Şalke” klublarında forma geyinib.