Millimizin üzvü Namiq Ələsgərovun çıxış etdiyi "Bursaspor" Türkiyə 1-ci liqasında növbəti görüşünə çıxacaq.

 Offsideplus.az xəbər verir ki,"timsahlar" bu gün "evdə" "Bandırmaspor"la  üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, "Bursaspor" Türkiyə 1-ci liqasında 18 xalla 17-ci yerdə qərarlaşıb.