Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşa  Ekstraklasasında bu gün növbəti oyununu keçirəcək.

Offsideplus.az xəbər verir ki,  Paytaxt klubu səfərdə "Krakov"un qonağı olacaq.

Matç Bakı vaxtı ilə saat 23:00-da  start götürəcək.

 

Qeyd edək ki, rəqiblərindən iki görüş az keçirən  Varşava təmsilçisi  12 xalla 16-cı pillədə yer alır.