"Hər bir çalışdırıcının qarşısına öhdəlik qoyulur. Yığmanın məğlubiyyətinə və qələbə qazanmasına da cavabdeh baş məşqçidir. Əgər nəticə olmadısa, istefaya göndərilir. İndiki vəziyyətdə De Byazi də həmin mütəxəsislərdən oldu".

Bu sözləri Offsideplus.az-a açıqlamasında millimizin sabiq üzvü və hazırda "Keşlə"də məşqçilik edən Kamal Quliyev deyib.

45 yaşlı mütəxəsis AFFA tərəfindən italiyalı çalışdırıcı Canni de Byaziyə şans verilməsi haqqında da fikirlərini bildirb:

"Hər bir qərara hörmətlə yanaşmaq lazımdır. Amma mən düşünürdüm ki, yığmaya yeri məşqçilərdən kimisə gətirəcəklər. De Byazi 1 ildir buradadır. Bu vaxta qədər bizim futbol adına nə iş görübsə, onu gələcək göstərəcək. Əsas məsələ ondadır ki, biz bir-birimizə hörmət qoya bilmirik. Təəssüf olsun ki, bu tip məşqçilərə şans verdiyimiz halda, öz mütəxəssislərimizə belə imkan yaratmırıq. Nə deyə bilərəm. Xeyirli olsun. Məndə istəyirəm ki, millinin qələbələri çox olsun".

Cavid Əliyev