Türkiyə 1-ci liqasında 14-cü turun görüşləri keçirilib.
Offsideplus.az xəbər verir ki, millimizin futbolçusu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti oyununa çıxıb.
Adından bəhs etdiyimiz komanda doğma meydanda “Ümraniyəspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:2.
Vüsal İsgəndərli də bu görüşün iştirakçısı olub. O, 56-cı dəqiqədə meydana buraxılıb. Azərbaycanlı futbolçu meydana çıxandan 10 dəqiqə sonra sarı vərəqə ilə də cəzalanıb.
Qeyd edək ki, “Keçiörengücü” 14 turdan sonra 13 xalla 19 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.