Türkiyənin "Ankara Keçiörəngücü" klubundan çıxış edən azərbaycanlı futbolçu Vüsal İsgəndərli DÇ-2022-nin seçmə mərhələsində millimizin çıxışı, ölkə futbolundan baş verən hadisələr, yığmaya dəvət almaması və öz karyerası barədə Offsideplus.az-ın suallarını cavablandırdı...
- Millinin DÇ-2022-nin seçmə mərhələsindəki çıxışını necə dəyərləndirərdin?
- Yaxşı oyunlarımız da oldu. Qələbə qazanmağa yaxın olduğumuz matçlar da var idi. Amma qrup sonuncusu olmağımız yaxşı olmadı. İnşallah, bundan sonra milli daha çox qələbə qazanar.
- Canni de Byazinin müqaviləsi bu ayın sonu bitir. Səncə, yenidən millinin qapıları sənin üzünə açılacaqmı?
- Bunun necə olacağın bilmirəm. Mən yenə öz işimi görürərəm. Əlimdən gələni edib, milli formanı geyinməyə çalışacam.
- Səncə, millini yeri mütəxəssis çalışdırmalıdır, yoxsa əcnəbi?
- Mənim bu suala cavab verməyim düzgün çıxmaz. Amma əsas odur ki, yığmaya gələn adam uğur qazandırsın. Məncə, milliyə Rəşad Sadıqovun gəlməsi xeyirli olar.
- Sabiq komandan "Keşlə"nin yeni mövsümdən adı dəyişiləcək və Şamaxını təmsil edəcək. Bu, regionlarda futbolumuzun inkişafına təkan verəcək?
- Əlbəttə, hər kəs istəyir ki, Gəncə, Tovuz, Zaqatala, Şəmkir, Şamaxı və digər rayonlarımızın, şəhərlərimizin klubları əsas liqada çıxış etsinlər. Bölgə klubları Premyer Liqada oynasa, ölkə futbolu üçün xeyirli olacaq.
- Şamaxıdan təklif gəlsə və şərtlər səni qane etsə, qəbul edərsən?
- Xeyr! Uzun müddət ölkə xaricində oynamaq istəyirəm.
- Hazırda ölkə xaricindən təkliflər olur?
- Bura gələndən sonra hər şey yaxşı gedir. Allah qismət etsə, hədəfim olan yuxarılara gedməkdir. Təkliflər haqda danışmaq tezdir. İndi bütün fikrimi inkişaf etməyə yönəltmişəm. Əgər uyğun təklif gələrsə, komandamı və məni razı salarsa, dəyərləndirəcəm.
Cavid Əliyev