İtaliyanın "Tuttosport" nəşri 2021-ci ilin ən yaxşı futbolçularının adına aydınlıq gətirib.
Offsideplus.az xəbər verir ki, Münhen "Bayer"inin polşalı forvardı Robert Levandovski birinci seçilib. İkinci yerə "Çelsi"nin yarımmüdafiəçisi Jorjinyo sahib çıxıb. 3-cü yerə isə PSJ-nin argentinalı ulduzu Lionel Messi layiq görülüb.
Səsvermədə Andrey Şevçenko, Pavel Nedved, Lotar Matteus, Samuel Eto, Xristo Stoiçkov, Ruy Koşta və Alessandro Kostakurta kimi ulduzlar iştirak ediblər.
Xatırladaq ki, Leva 2014-cü ildən "Bavariya"nın şərəfini qoruyur.