İngiltərənin "Vulverhempton" klubunun məşhur futbolçusu Adama Traoreyə iki "elçi" var.

Offsideplus.az "90 min"ə istinadən xəbər verir ki, 25 yaşlı ispaniyalı vingeri transfer etmək üçün "Liverpul" və "Barselona" hərəkətə keçib. Xavi Kataloniya təmsilçisinin heyətini Traore ilə gücləndirməyə hazırlaşır.

"Liverpul"un çalışdırıcısı Yurgen Klopp da adıçəkilən futbolçunu sərəncamında görmək niyyətindədir. Mənbənin yaydığı məlumata görə, "Barselona" bu keçidin reallaşması üçün daha çox səy göstərir.

Qeyd edək ki, İspaniya millisinin də üzvü olan Traore 2018-ci ildən "canavarlar"ın şərəfini qoruyur.