Millimizin hücumçusu Mahir Emreli "Legiya"nın düşərgəsinə qoşulub.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı forvard bu gündən Varşava təmsilçisinin kollektiviylə birlikdə məşqlərə qatılıb. Yığmamızın heyətində Lüksemburq (1:3) və Qətərlə (2:2) oyunlarda iştirak edən Emreli Polşaya qayıtdıqdan sonra məşqçilər korpusu tərəfindən ona bir günlük istirahət verilib. Artıq istirahətini başa vuran futbolçu bu gün Polşa çempionatının 15-ci turunda “Qornik”lə səfər görüşünün hazırlıqlarına qatılıb.
Qeyd edək ki, “Qornik” - “Legiya” oyunu noyabrın 21-də baş tutacaq.