“Roma” klubunun yarımmüdafiəçiləri Nikolo Zanilo və Lorenso Pelleqrini İtaliya millisinin heyətindən kənarlaşdırılıb.

Offsideplus.az xəbər verir ki, buna səbəb adıçəkilən futbolçuların zədəli olmalarıdır.

Apenin təmsilçisinin baş məşqçi Roberto Mançini hər iki oyunçunun “Roma”nın düşərgəsinə qayıtmasına qərar verib. 

Qeyd edək ki, İtaliya seçməsi noyabrın 12-də DÇ-2022-nin seçmə mərhələsində İsveçrə yığmasını qəbul edəcək, üç gün sonra isə səfərdə Şimali İrlandiya yığmasıyla qarşılaşacaq.