Türkiyənin "Keçiörengücü" komandasında çıxış edən həmyerlimiz Vüsal İsgəndərli növbəti qoluna imza atıb.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Türkiyə 1-ki liqasının 12-ci turunda evdə "Gençlerbirliyi" ilə keçirilən görüşün 51-ci dəqiqəsində topu başla rəqib qapısından keçirib.

Bu, Vüsalın Ankara təmsilçisində bu mövsüm 3-cü qoludur. Qarşılaşma "Keçiörengücü"nün 2:0 hesablı qələbəsi ilə başa çatıb.