Azərbaycan Premyer Liqasını idarə edən baş hakimlər və hakim köməkçiləri, Birinci Divizionun oyunlarına təyinat alan referilər, CBC Sport kanalının bir neçə işçisi Türkiyənin İstanbul şəhərində təşkil olunan seminarda iştirak ediblər.

Offsideplus.az xəbər verir ki, təlimatda əsas məqsəd VAR otaqları ilə tanışlıq və praktiki məşğələlər, nəzəri biliklərin artırılmasıdır.

Qeyd edək ki, seminar noyabrın 4-nə kimi davam edəcək