Dünya futbolunun əfsanələrindən sayılan Samuel Eto maraqlı açıqlaması ilə gündəmə gəlib.
Offsideplus.az xəbər verir ki,ona verilən "ən çox bəyəndiyin türk hücumçusu kimdir?" sualına "Burak Yılmaz" – deyə cavab verib. O, bunları deyib:
"Burakla bir çox oyunlarda qarşılaşmışıq. Həqiqətən yaxşı bir forvarddır. "Lill"in keçən mövsüm qazandığı çempionluqda böyük payı vardır".
Qeyd edək ki, 40 yaşlı sabiq ulduz karyerası ərzində "Barselona", "İnter", "Everton" kimi önəmli klublarda çıxış edib. O, 2015/2018-ci aralığında isə Türkiyədə "Antalyaspor" və "Konyaspor"un şərəfini qoruyub.