Polşa "Legiya"sı komandanın bir neçə futbolçusunu spirtli içki qəbul etməkdə günahlandıran keçmiş hücumçusu Voytsex Kovalçiki məhkəməyə verəcək.
Offsideplus.az xəbər verir ki, ona qarşı hüquqi addımlar atılacaq.
Varşa təmsilçisinin yaydığı bəyanatda oyunçuların və klub rəsmilərinin ev icarəyə götürmələri və orada əyləncə məclisi təşkil etmələri ilə bağlı məlumatlar təkzib edilib.
Qeyd edək ki, Kovalçikin ittiham etdiyi futbolçular arasında bu klubun formasını geyinən millimizin hücumçusu Mahir Emreli də var.