“Qarabağ” klubunun sabiq yarımmüdafiəçisi Uroş Matiç Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə keçirəcəyi oyun barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı futbolçu Serbiya mətbuatına verdiyi açıqlamasında yığmamızın rəqibini görüşün favoriti hesab etdiyini bildirib:
"Hər iki komandada dostlarım var. Sirr deyil ki, Serbiya favoritdir, çünki ev sahibidir və son vaxtlar evdə yaxşı oyunlar və nəticələr göstərir. Azərbaycanda belə göstəricilər yoxdur. İrlandiyaya 0:3 hesablı məğlubiyyət yəqin ki, onlara ağır zərbə vurdu. Amma komandanın çox qədər zəif olması ilə bağlı verilən fikirlərlə razı deyiləm. Düzdür, real düşünsək, Azərbaycanın şansları çox azdır. Serbiya üçün İrlandiya ilə oyundakı kimi, asan olmayacaq. Azərbaycan yığması adəyən Serbiyaya qarşı yaxşı oyunlar göstərir. Məncə, Serbiya 2:1 hesabı ilə qalib gələcək".
Qeyd edək ki, sabah Belqradda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.