"Qalatasaray" klubunun sabiq futbolçusu Felipe Melo həbs oluna bilər.
Offsideplus.az xəbər verir ki, 38 yaşlı futbolçu 2017-ci ildə Libertadores kubokunda keçirilən "Penyarol" - "Palmeyras" matçında yaşanan hadisələrin ardından dindirilmədən yayındığı üçün Uruqvay polisi tərəfindən həbs oluna bilər.
"Palmeyras" rəhbərliyi 27 noyabrda keçiriləcək Libertadores kubokunun finalından öncə bu məsələni həll etmək istəyir.
Qeyd edək ki, Melo 2011/2015 -ci illər aralığında "cim-bom"un şərəfini qoruyub.