Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko "Seltik"in baş məşqçisi təyin oluna bilər. 

Offsideplus.az xəbər verir ki, bu barədə İngiltərənin məşhur "The Sun" nəşri məlumar yayıb. 45 yaşlı mütəxəssis özü də Britaniyada çalışmaq istəyir. 

Qeyd olunur ki, son zamanlar Ante Posteqlunun başçılığı altında Şotlandiya nəhənginin sərgilədiyi oyun klub rəhbərliyini razı salmır. 

Daha əvvəl mütəlif KİV-lərdə Şevçenkonun adı Türkiyə yığması, "Milan" və bir neçə MLS klubları ilə də hallanırdı.