Almaniya 2-ci Bundesliqasında 6-cı turun görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, yığmamızın sabiq yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Aue təmsilçisi doğma meydanda Düsseldorf “Fortuna”sı ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Dmitri Nazarov da bu görüşün iştirakçısı olub. O, qarşılaşmanın 83-cü dəqiqəsində meydana buraxılıb.

Qeyd edək ki, 6 oyuna cəmi 3 xal toplamış “Ersgebirge” sonuncu pillədə qərarlaşıb.