Azərbaycan millisinin sabiq üzvü Pavel Paşayev Ukraynanın "VPK - Arqo" komandasına keçib.

Offsideplus.az xəbər verir ki, klubun mətbuat xidməti yaydığı məlumatda 33 yaşlı müdafiəçi ilə imzalanan müqavilənin detallarını açıqlamayıb.

2015 - 2020-ci illərdə Azərbaycan millisinə dəvət Pavel Paşayev son olaraq Ukraynada Premyer Liqa təmsilçisi "Aleksandriya"da oynayıb. 

Qeyd edək ki,  Ukraynanın 1-ci liqasında çıxış edən “VPK-Arqo” bu mövsüm keçirdiyi 6 oyundan sonra 6 xalla 13-cü pillədə qərarlaşıb.