“Səbail” klubunun yarımmüdafiəçisi Şimkus Domantas Litva millisinə dəvət olunub.

Offsideplus.az xəbər verir ki, Domantas DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya, Bolqarıstan və İtaliya milli komandalarına qarşı keçiriləcək oyunlar üçün Litva milli komandasının heyətinə dəvət alıb.

Qeyd edək ki, Litva yığması sentyabrın 2-də Şimali İrlandiyanı qəbul edəcək. Bu komanda ayın 5-də və 8-də isə müvafiq olaraq Bolqarıstan və İtaliyanın qonağı olacaq.