Portuqaliya millisi və "Lill"in futbolçusu Renato Sançes sıradan çıxıb.
Offsideplus.az Fransa mətbuatına istinadən xəbər verir ki, dizindən zədələnən 24 yaşlı yarımmüdafiəçi əməliyyat olunacaq. Buna görə, o, sentyabr ayına qədər yaşıl meydanlardan uzaq qalacaq. Sançes dünya çempionatının seçmə mərhələsində Azərbaycan və İrlandiya ilə oyunları buraxmalı olacaq.
Qeyd edək ki, DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya yığması sentyabrın 7-də Azərbaycan millisi ilə üzləşəcək.