Rusiyalı UFC Çempionu Həbib Nurməhəmmədov bir müddət əvvəl futbolçu olmaq arzusunu dilə gətirmişdi.

Offsideplus.az xəbər verir ki, "futbol idman növlərinin şahıdır", - deyən Dağıstan əsilli idmançı artıq bu xəyalını gerçəkləşdirib. Belə ki, Nurməhəmmədov Rusiyanın 3-cü liqa təmsilçisi "Dinamo Legion" klubu ilə müqavilə imzalayıb.

Rusiya mətbuatı Həbibin 2015-ci ildə yaradılan komandada çıxış edəcəyini yazır.

Qeyd edək ki, Nurməhəmmədov bu yaxınlarda verdiyi açıqlamada futbolçu olmaq üçün Kriştiano Ronaldo və UEFA prezidenti Aleksandr Çeferinlə məsləhətləşdiyini bildirmişdi.

eye