Almaniya kubokunda 1/32 final mərhələsinin görüşəri keçirilir.

Offsideplus.az xəbər verir ki, millimizin sabiq yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də ilk matçına çıxıb.

Aue təmsilçisi “İnqolştadt”la qarşılaşıb. Üç qolun qeydə alındığı oyun Aue təmsilçisinin məğlubiyyəti ilə başa çatıb - 1:2. Bununla da, Nazarovun komandası kubokla erkən vidalaşıb.

Sözügedən futbolçu da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb və sonadək mübarizə aparıb.