Avqustun 11-də "Çelsi" və "Vilyarreal" komandaları arasında keçiriləcək UEFA Superkuboku matçına hakim təyinatları açıqlanıb.
Offsideplus.az xəbər verir ki, Şimali İrlandiyanın Belfast şəhərində baş tutacaq oyun rusiyalı hakimlər briqadasına tapşırılıb. Görüşü Rusiya Futbol Federasiyasından Sergey Karasev idarə edəcək.
Ona həmyerliləri İqor Demeşko və Maksim Qavrilin köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Aleksey Kulbakov (Belarus) yerinə yetirəcək.