Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycanın daha iki idmançısı mübarizəyə qoşulub.
Offsideplus.az xəbər verir ki, ağırçəkili idmançılarımız Uşanqi Kokauri və İrina Kindzerska ilk görüşlərini keçirib. 1/16 finaldan yarışa qoşulan Uşanqi Kokauri polşalı Matsey Sarnaçkiyə ipponla qalib gəlib. Ancaq uğurlu çıxışını davam etdirə bilməyiən Kokauri növbəti raundda Braziliya təmsilçisi Rafael Silvaya eyni qaydada uduzaraq mübarizəni dayandırıb.
78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançımız İrina Kindzerska ilk görüşünə 1/8 finalda çıxıb. 30 yaşlı cüdoçumuz Bosniya və Herseqovinadan olan rəqibi Larisa Çeriçə heç bir şans verməyib. Kindzerska 1/4 finalda isə cənubi koreyalı Miyin Hanı ippona salaraq yarımfinala adlayıb. İdmançımız final yolunda Yaponiyanın 21 yaşlı dünya çempionu Akira Sone ilə qarşılaşacaq. Bu mərhələyə Bakı vaxtı ilə saat 12:00-da start veriləcək.