Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda mübarizə aparacaq.

Offsideplus.az xəbər verir ki, təmsilçimizin bu görüşdəki rəqibi müəyyənləşib. 73 kq çəki dərəcəsində çıxış edən təcrübəli idmançı Cənubi Koreya təmsilçisi An Çanqrimlə ilə üz-üzə gələcək.

Qeyd edək ki, Rüstəm təsəlliverici görüşdə Kosova təmsilçisi Akil Cakova ilə üz-üzə gəlib. Rəqibinə əlavə vaxtda qızıl xalla qalib gələn Orucov bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.