Azərbaycan millisində oynamasına icazə verilən "Qarabağ"ın futbolçusu Filip Ozobiç açıqlama verib.

 

Offsideplus.az xarici mətbuata istinadən xəbər verir ki, Ozobiç FİFA-nın Azərbaycan millisində oynamasına icazə verməsi ilə bağlı bunları deyib:
"Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi mənə zəng elədi və FİFA-nın yaşıl işıq yandırdığını, artıq Azərbaycan millisinin futbolçusu olduğumu bildirdi. Baş məşqçiyə əlimdən gəldiyi qədər komandaya kömək edəcəyimə söz verdim. Azərbaycan millisində oynayacağım üçün xoşbəxtəm. Bu yığma xüsusiyyətlərimi göstərə biləcəyim yaxşı komandadır. 

Baş məşqçinin məni millidə görmək istədiyini bilirdim. Yazda onunla görüşüb tanış olduq və mənimlə bağlı planlarını dedi. Hər şeyin müsbət nəticələndiyinə sevindim. 

Xorvatiyanın əla milli komanda olduğunu, güclü rəqabətin olduğunu və orda şansımın olmadığını bilirik. Xorvatiya millisində şansımın olmayacağını qəbul elədim. Geriyə iki seçimim qalmışdı, ya milli karyeranı bitirmək, ya da Azərbaycan millisinin formasını geyinmək. Bu, mənim dünyanın ən yaxşılarına qarşı oynamağım üçün fürsət idi".