Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” klubu bu gün sonuncu yoxlama oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, "köhlən atlar" Almaniya Bundesliqasında çıxış edən “Auqsburq”la qarşılaşıb. "Qarabağ" matçda 2:0 hesabı ilə irəli olsa da, almanlar yekunda hesabı bərabərləşdirib - 2:2.

Ağdam təmsilçisinin heyətində Patrik Andrade və Xayme Romero fərqlənib.

15 iyul

Yoxlama oyunu

"Qarabağ" - "Auqsburq" - 2:2 (Fasilə)
Qollar: Andrade, 26, Xayme, Ceffriy, 37 -pen, 43