Türkiyənin Ankara şəhərində təlim-məşq toplanışında olan "Sumqayıt" klubu bu gün növbəti yoxlama matçına çıxıb.

Offsideplus.az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri yerli "Qaziantep"lə qarşılaşıb. Superliqa təmsilçisi ilə oyunda "Sumqayıt" 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, "Sumqayıt" bundan əvvəlki sınaq matçlarında "Keçiörengücü"nə 1:2, "Sivasspor"a isə 0:2 hesabı ilə məğlub olub.