Almaniyanın "Ersgebirge" klubunun şərəfini qoruyan Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun forması satışa çıxarılıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xeyriyyə məqsədiylə "eBay" satış platformasında auksiona çıxarılan forma 1660 avroya satılıb. Məbləğ bu günlərdə Voqtlandda bədbəxt hadisə nəticəsində ölən iki gənc futbolçunun ailəsinə bağışlanacaq.

Formanı alıcılara Nazarov təqdim edib.