Ötənlərin məşhur hücumçusu Nikola Anelka Kilian Mbappeyə səslənib.

Offsideplus.az "The Atheltic"ə istinadla xəbər verir ki, vaxtilə "Arsenal", "Çelsi", "Real" kimi nəhənglərin formasını geyinmiş 42 yaşlı mütəxəssis Mbappeyə yol göstərib: "Kilian, bu dəqiqə sənə vacib olan "Qızıl top"dur. Bunun üçün Ronaldo (Kriştiano) və Messi (Lionel) kimi ən yaxşılarla mübarizə aparmalısan. PSJ-də oynamaq daim ən yaxşılara qarşı çıxış etməyin anlamına gəlməməlidir".

Qeyd edək ki, Mbappe Neymardan sonra dünyanın ən bahalı futbolçusudur. Fransa millisinin hücumçusu 2018-ci ildə 180 milyon avro qarşılığında "Monako"dan PSJ-yə transfer olunmuşdu.